ANS-in məhkəməsi təxirə salındı
Bu gün Ali Məhkəmədə ANS Media və Yayım Şirkətlər Qrupunun Bakı Appelyasiya Məhkəməsinin "ANS TV"nin lisenziyasına xitam verilməsi barədə qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən proses təxirə salınıb.
ANS-in müdafiəsinə vəkil Fuad Ağayev qoşulub. F.Ağayev iş materialları ilə tanış olmaq üçün vaxt istəyib. Məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, kassasiya şikayəti ANS telekanalının lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarından verilib. Həmin qərar da Teleradio Şurasının müraciəti əsasında çıxarılıb.
MTRŞ-nin iyulun 18-də verdiyi qərarla ANS-in fəaliyyəti 1 ay dayandırılıb. Şura lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























