Azərbaycan-Fransız Universiteti açıldı

Bu gün Bakıda Azərbaycan-Fransız Universitetinin (UFAZ) açılışı olub.
Modern.az-ın xəbərinə görə, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez ali məktəb rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.
Xatırladaq ki, UFAZ bu tədris ilindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında (ADNSU) Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə təhsil verəcək. Bu ixtisaslar kimya, geofizika, neft-qaz mühəndisliyi və kompüter elmləridir.
Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək.
UFAZ-nin məzunlarına ikili diplom (Strasburq Universiteti və ADNSU) veriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























