Nazirlik: Universitetlərin regionlara köçürülməsi hazırda müzakirə mövzusu deyil

Təhsil Nazirliyi Bakıda yerləşən ali təhsil müəssisələrinin regionlara köçürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirlikdən "Report”a bildirilib ki, bu cür məlumatların Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur və qeyd olunan məsələ hazırda müzakirə mövzusu deyil: "Bu məsələ ətrafında diqqəti cəld edən amil ondan ibarətdir ki, analoji məlumatlar bir neçə aydan bir dövriyyəyə gətirilir. Həmin məlumatı yayanların onların şərhi ilə də məşğul olması daha doğru olardı”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























