"Yeni metrostansiya 2018-ci ildə istifadəyə veriləcək" - Nəsimi Paşayev

"Heç bir problem yaşanmasa, Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində tikilməkdə olan metro stansiyası 2018-ci ildə təhvil veriləcək" - bunu ANN.Az-a açıqlamasında Bakı Metropolitenin mətbuat katibi Nəsimi Paşayev deyib.
Qurum rəsmisinin sözlərinə görə, istifadəyə veriləcək metro stansiyası Mərkəzi Hərbi Hospitalla üzbəüz olan ərazidə yerləşir: "Heç bir problem yaşanmasa, 2018-ci ildə stansiya istifadə veriləcək".
Xatırladaq ki, Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində metro stansiyasının tikintisinə 2013-cü ildən başlanılıb. Hazırda 23 stansiyası olan Bakı Metropoliteni 2030-cu ilə qədər stansiyaların sayını 76-ya, yeraltı yolların uzunluğunu 119,1 km-ə çatdırmağı planlaşdırır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























