• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyx qalmaqallı qanun layihəsinə razılıq verdi

Şeyx qalmaqallı qanun layihəsinə razılıq verdi
16.09.2016 11:19
Neçə illərdir ki, "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin plenar iclaslarının müzakirəsinə çıxarılsa da, onun qəbulu hər dəfə təxirə salınıb. Qanun layihəsinin narazılıq yaradan əsas səbəblərdən biri süni mayalanma üçün donorluq məsələsinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən etirazla qarşılanması olub.

Amma adıçəkilən qanun layihəsi ilə bağlı məsələ həll olunmaq üzrədir. 

ANN.Az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında reproduktiv sağlamlıqla bağlı yeniliklərdən söz açıb.

"Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi hazırdır. Qanun layihəsi payız sessiyasında Milli Məclisə təqdim olunacaq. Ümid edirik ki, qanun layihəsinin qəbul olunması üçün problem də olmayacaq. Həmçinin, reproduktiv sağlamlıqla bağlı yeniliklər də var. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə razılaşma əldə etdik. Donorluq məsələsi aradan qaldırıldı. Əsas yeniliklərdən biri odur ki, aztəminatlı ailələrə bir dəfə dövlət vəsaiti (pulsuz) hesabına ekstrokorporal (süni) mayalanma həyata keçiriləcək. Bu, məsələnin çox müsbət tərəfidir”.

Komitənin sədr müavinin sözlərinə görə, bu məsələdə QMİ-nin təklifi nəzərə alınıb.

"Digər tərəfdən, məsələnin hüquqi tənzimləmə tərəfləri var. Qadın hüququ, analıq hüququ, uşağın hüququ, azyaşlılar arasında reproduktiv sağlamlıq məsələsi və sairə var. Dünyanın aparıcı ölkələrinin qanunları necədirsə, bizdə də elədir. Sadəcə, biz QMİ-nin təklifini götür-qoy etdik və bütün müsəlman ölkələrinin təcrübəsini öyrəndik. 

Demək olar ki, MDB məkanında bir-iki müsəlman respublikası istisna olmaqla, digər müsəlman ölkələrində donorluq məsələsi qadağandır. Hətta, katolik inancını daşıyan xristian ölkələrinin çoxunda donorluq məsələsi yoxdur”.

Musa Quliyev tez-tez müzakirə olunan abort məsələsinə də toxunub.

"Qanuna ciddi dəyişikliklərdən biri də abortlarla bağlıdır. Uşağın cinsinə görə müayinə edilməsi, abort edilməsi qanunla qadağan olunur. Bütövlükdə isə 12 həftədən yuxarı hər hansı səbəbdən abort baş verərsə, həkim özü tək qərar vermir. Yalnız konsinumun qərarından sonra bu işə baxıla bilər”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol