Ramil Usubovdan yeni rəis təyinatı

Daxili işlər orqanlarında yeni təyinat olub.
APA xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qusar rayon Polis Şöbəsinin bölmə rəisi Ziya Əliyev tutduğu vəzifədən azad edilərək Naftalan şəhər Polis Şöbəsinin rəisi təyin edilib.
Naftalanın polis rəisi olmuş Mübariz Mehralıyev isə təqaüdə göndərilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























