Niyə gündüz bir saatdan artıq yatmaq olmaz? - ALİMLƏRDƏN AÇIQLAMA

Çox yatmağın zərərləri
ANN.Az xəbər verir ki, yaponiyalı alimlərin iddiasına görə, gündüz saatlarından bir saatdan artıq yatan şəxslərdə diabet və metabolik sindrom riskinin inkişafı 45% yüksəkdir.
Alimlər bu barədə hər il keçirilən European Association for the Study of Diabetes (EASD) görüşündə danışıblar.
Bildirilir ki, yuxuya daha az zaman sərf edənlərdə bu risklər müşahidə edilmir.
Alimlər 300 min nəfərin iştirak etdiyi 21 tədqiqatın metaanalizlərini yoxlayaraq müəyyən ediblər ki, gündüz yuxusu ilə diabet riski arasında əlaqə var. Onların sözlərinə görə, qısa gündüz yuxusu diabetik profilaktikası üçün faydalıdır, əgər o, düzgün qidalanma və fiziki yüklənmə ilə uyuşursa.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























