• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisindən sürücülərə xəbərdarlıq
16.09.2016 15:51
Yağmurlu hava şəraiti ilə bağlı bu gün Bakı şəhəri ərazisində üç yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdsarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, yağmurlu hava şəraiti ilə bağlı olaraq paytaxtın bir çox şosse yollarında, prospekt və küçələrdə sürət həddi aşağı salınıb: "Məsələn, Aeroport yolunun 120 km/saat olan hissəsində sürət həddi 100 km/saat müəyyən edilib”.

O bildirib ki, hava şəraitindən asılı olmayaraq yalnız texniki cəhətdən saz olan avtomobillər istismara buraxılmalıdır: "Çiskin və yağmurlu hava şəraitində avtomobilin texniki sazlığı bir daha nəzərdən keçirilməlidir. Əsas təhlükə yarada biləcək məqamlar isə avtomobilin əyləc sisteminin və şüşəsilənlərinin işlək vəziyyətdə olmamasıdır. Digər tərəfdən, sürət həddi normadan aşağı salınmalıdır, ara məsafəsi daha çox saxlanılmalıdır, ümumiyyətlə çiskin və yağmurlu hava şəraitində əyləcdən daha az istifadə olunmalıdır. Çünkü əyləc sistemindən tez-tez istifadə etmək avtomobilin sürşmə ehtimalını artırır”.

Bölmə rəisinin sözlərinə görə, sürücülər çirkli suların yaratdığı gölməçələrin üzərindən keçərkən ətrafda hərəkət edən piyadaları nəzərə almalıdırlar: "Bu da səki və ya yolun kənarı ilə hərəkət edən piyadaların islanması ilə nəticələnir. Buna görə də, sürücülər həmin gölməçələrin üzərindən keçərkən avtomobili minimum sürətlə idarə etməlidirlər”.

V.Əsədov vurğulayıb ki, adətən hava şəraitindən asılı olaraq yol qəzalarının sayı çoxalır: "Bu, belə hava şəraitində avtomobili idarə etməyə uyğunlaşmayan sürücülərin nisbətən çox olması ilə bağlıdır”.

O, həmçinin əlavə edib ki, Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən paytaxtın bütün prospekt və küçələrində xidmət gücləndirilib: "Bakı şəhərində bütün istiqamətlərdə avtomobillərin hərəkəti tənzimlənir, hazırda tıxac və sıxlıq müşahidə olunmur”.//report

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol