• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil nazirindən valideynlərə müraciət

Təhsil nazirindən valideynlərə müraciət
16.09.2016 20:50
"Əgər valideynlər onları maraqlandıran məsələləri məktəb səviyyəsində həll edə bilmirlərsə, onlar rayon Təhsil şöbələrinə, Bakıdakı valideynlər isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmək hüququna malikdirlər. Əgər məsələləri bu səviyyədə də həll edə bilmirlərsə, rəhbər qurum kimi Təhsil Nazirliyinə müraciət edə bilərlər”.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AzTV-nin "Günün nəbzi” verilişinə verdiyi müsahibə zamanı deyib.

Bəzi təhsil müəssisələrinin məktəbli formalarını tez-tez dəyişməsinə münasibət bildirən nazir hesab edir ki, valideynlər bu qərarları müzakirə etməlidirlər: 

"Mən valideynlərə üzümü tutaraq demək istəyirəm ki, öz övladlarının təhsil uğurları, problemləri ilə maraqlansınlar, onlarla daha çox ünsiyyətdə olsunlar. Və çox tez bir zamanda övladlarının təhsilində uğurların olmasının şahidi olacaqlar. Biz valideynləri təhsil prosesinə yad insan kimi qəbul etmirik, onlar təhsil prosesinin bir iştirakçısıdırlar.

Onlar eyni zamanda, məktəbdə verilən qərarların da iştirakçısı olmalıdırlar. Əgər həqiqətən də ayrı-ayrı məktəblər hər il geyim formalarının dizaynını və məktəb formasına olan tələbləri dəyişirsə, təbii olaraq, valideynlər bu qərarları müzakirə etməlidirlər. 

Əgər belə hallar olursa, valideynlər Valideyn Komitəsi vasitəsilə yerli təhsil idarələrinə, Təhsil Nazirliyinə müraciət edə bilərlər. Mənim fikrimcə, belə qərarların verilməsi zamanı o, müzakirələrdən keçməlidir. Biz məktəbdə şagirdlərin yalnız bilikləri ilə seçilməsinin tərəfdarıyıq”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol