• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ərazilərdə sürüşmə aktivləşəcək

Bu ərazilərdə sürüşmə aktivləşəcək
17.09.2016 12:07
Yaxın bir necə gün ərzində bəzi ərazilərdə havaların yağıntılı keçməsi sürüşmə sahələrini xeyli fəallaşdıra bilər. Bu fəallaşma hətta Bakıda da gözlənilir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, sürüşmələrin fəallaşması ilə bağlı əsas təhlükə Şamaxı, İsmayıllı, Xızı, Şabran, Siyəzən rayonlarında, qismən isə Quba və Qusarda, eləcə də Lənkəran-Astara zonasında və Gədəbəy-Daşkəsən zonasında yarana bilər.

E.Əlizadə qeyd edib ki, Bakıda da sürüşmə sahələrinin nisbi fəallaşmasının gözlənilməsi mümkündür.

Yağıntılarla əlaqədar çaylardan selin keçməsi təhlükəsinə gəldikdə, E.Əlizadənin sözlərinə görə, hazırda çaylardan selin keçməsinin pik dövrü artıq ötüb: "Uzunmüddətli yağışlar indi daha çox sürüşmə sahələrinin fəallaşmasına gətirib çıxaracaq. Çaylarda gursululuq ola bilər. Bəzi çaylarda gursululuq daşqına da keçə bilər. Amma çaylardakı gursululuğun pik forması artıq keçib. Çünki əvvəlki sellər çaylarda toplanan sel materiallarını yuyub aparıb”.

E.Əlizadə bildirib ki, amma bütün bunlara baxmayaraq, Böyük Qafqazın çənub yamacı çaylarında - Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay, Göyçay, Girdimançayda və Böyük Qafqazın şimal-şərq yamacı çaylarında - Qusarçay, Qudyalçay və Vəlvələçaydan selin keçməsi təhlükəsi nisbətən də olsa, qalır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol