• $
  • €
  • ₽
  • ₺
  • £

Göyçayda polis leytenantı yol qəzasında öldü

Göyçayda polis leytenantı yol qəzasında öldü
17.09.2016 13:13
Göyçay rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, hadisə bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb.

Göyçay Rayon Polis Şöbəsinin əməliyyat-axtarış üzrə müvəkkili, polis leytenantı, İsmayıllı rayon sakini, 1989-cu il təvəllüdlü Mustafayev Asiman Müqabil oğlu idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobili aşırıb.

Məlumata görə, Anar Mustafayev Göyçay şəhərinə işə gedərkən qarşısına çıxan inəkləri vurmamaq üçün avtomobili yoldan kənara çıxarıb, yağışlı havada yol sürüşkən olduğundan sürücü idarəetməni itirərək avtomobili aşırıb.

A. Mustafayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol