• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan əsilli oliqarx beynəlxalq axtarışa verildi

Azərbaycan əsilli oliqarx beynəlxalq axtarışa verildi
17.09.2016 17:12
Yarım milyard rubl vergidən yayınmaqda şübhəli bilinən yəhudi əsilli Azərbaycan doğumlu  iş adamı Solomon Manaşirov barəsində beynəlxalq axtarış elan edilib. 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Manaşirov dəfələrlə istintaqa gəlmək tələblərinə əməl etmədiyindən  federal axtarışa verilib. 

Hüquq-mühafizə orqanlarındakı mənbə yaxın zamanda onun Rusiyaya ekstradasiyası ilə bağlı müraciət ediləcəyini bildirib.

İstintaq məlumatına görə, Solomon Manaşirov hazırda İsraildədir və bir daha Rusiyaya qayıtmamaq niyyətindədir.

Solomonun qardaşı Roman Manaşirov rüşvət verməkdə şübhəli bilindiyi üçün həbs edilib. O, Moskvada Rusiya Daxili İşlər Nazirliyi Baş İstintaq İdarəsinin müstənqiqlərinə 2 milyon rubl rüşvət verməyə cəhd edərkən saxlanılıb.

Roman Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ, "Armada" MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol