Azərbaycanda yeni telekanal açıldı

Bu gündən etibarən Azərbaycanın informasiya məkanında yeni telekanal fəaliyyətə başlayır.
ANN.Az ölkə.az-a istinadla xəbər verir ki, Region TV-nin nəzdində fəaliyyət göstərəcək kanalın adı ARB-dir. Yeni kanal bu gün Bakı vaxtı ilə 12:00-da efirə başlayacaq.
Qeyd edək ki, bir müddət öncə Region TV bağlanmış ANS telekanalının əksər işçilərini işə götürmüşdü. Onların çoxunun bu yeni kanalda çalışacağı gözlənilir.
Kanal əsasən şou, mədəniyyət, sosial və digər sahələrdən hazırladığı maraqlı proqramlarla izləyicilərinin qarşısına çıxacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























