• $
  • €
  • ₽
  • ₺
  • £

IT STEP akademiyası ictimaiyyətə təqdim olundu - FOTOLAR

IT STEP akademiyası ictimaiyyətə təqdim olundu - FOTOLAR
19.09.2016 20:46
9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan IT STEP akademiyası ictimaiyyətə təqdim olunub.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, IT şirkətlərinin rəhbərləri, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, IT STEP akademiyası "Maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında təşkil olunub və tədris bu gün ən aktual, yüksək məvacibli peşələrə yiyələnmək istəyənlər üçün maraqlı imkanlar açır.
 
F.Mustafayev qeyd edib ki, 9 nömrəli Bakı Peşə Liseyinin əsaslı təmir olunmuş tədris korpusunun bazasında fəaliyyət göstərəcək  akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala biləcək.

Akademiyanın təsisçisi Dmitriy Korçevskiy qeyd edib ki, 1998-ci ildən dünyanın 17 ölkəsində 44 filial şəbəkəsi ilə fəaliyyət göstərən IT STEP akademiyasının tədris proqramı təcrübəli mütəxəssislər tərəfindən beynəlxalq standartlar əsasında tərtib olunub. STEP kompüter akademiyasında tədris IT sahəsində yüksək qiymət almış, unikal müəllif metodikası əsasında təşkil edilib.

Daha sonra çıxış edənlər bütün dünyada məşhur olan akademiyanın ölkəmizdə də yaradılmasını yüksək qiymətləndiriblər.

Akademiyada 3 ixtisas sahəsi - kompüter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanacaq. 

IT STEP-i  bitirən müdavimlərə Təhsil Nazirliyi tərəfindən verilən diplomla yanaşı, "Cisco Microsoft” və "Autodesk”şirkətlərinin sertifikatları da təqdim olunacaq.

Akademiyada 17 kompüter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya, 260 nəfərlik konfrans və idman zalları fəaliyyət göstərir.
 






www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol