• $
  • €
  • ₽
  • ₺
  • £

Təzə paltarı mütləq yuyun! - ÖLÜM TƏHLÜKƏSİ

Təzə paltarı mütləq yuyun! - ÖLÜM TƏHLÜKƏSİ
19.09.2016 16:02
Təzə paltar alanda onu geyinməzdən əvvəl yaxşıca yumaq lazımdır.
 
Publika.az xəbər verir ki, dermatoloqlar xəbərdarlıq edib ki, təzə paltarlara köhnəlməməsi üçün bəzi kimyəvi maddələr istifadə edilir. Bu maddələr bir çox hallarda allergik reaksiyalar və dəridə səpkilər yaradır. 
 
Yeni alınmış paltarı niyə yumaq lazımdır? Elmi izahı

Nyu-Yorkda Kolumbiya universitetinin dermatologiya kafedrasının professoru Donald Belsito istənilən geyimi aldıqdan sonra yumağı və iki dəfə yaxalamağı tövsiyə edib. O, həmçinin xəbərdarlıq edib ki, mağazada paltarı geyinib yoxlayan digər müştərilərin bədənlərində hər hansı zəhərli parazitlər ola bilər.
 
Təəssüf ki, qanun istehsalçılara məhsullarda hansı kimyəvi maddələrin istifadə edildiyinə dair məlumatın yarlıqlarda qeyd olunmasını icazə vermir.
 
"Daily Mail” qəzeti yazır ki, Yeni Zelandiyada mütəxəssislərin apardığı tədqiqatlar göstərib ki, Çin geyimlərində təhlükəsiz normalarına cavab verməyən 900-dan çox allergik maddə aşkar olunub. Professor və dermatoloq Belsitonun sözlərinə görə, çin məhsullarında əsas təhlükə mənbəyi formaldehid qatrandır. Qaz halında olan rəngsiz maddə qırışların yaranmaması və kif inkişafının qarşısının alınması üçün bir sıra geyimlərə tətbiq edilir. Formaldehid qatran dəri və allergik reaksiyalar yaradır, bəzi tədqiqatçılar isə belə hesab edirlər ki, o xərçəng xəstəliyinin də inkişafı riskini artırır.
 
Boyaq maddələri də az təhlükəli deyil. Azoanilin boyaq maddələri ilə işlənmiş bir çox sintetik parçalar dəridə ağır reaksiya yarada bilər. Ona görə də mütəxəssislər həssas dəri tipinə sahib olanlara aldığı təzə paltarları geyinməzdən əvvəl yumağı tövsiyə edib.
 
Məlumat üçün bildirək ki, allergiya bir qayda olaraq, daha çox tərləyən yerlərdə - bel, boyun, diz altı, həmçinin qoltuqların ətrafında özünü daha çox göstərir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol