• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dərsdə şagird müəllimin oğlunu niyə döydü? - TƏFƏRRÜAT

Bakıda dərsdə şagird müəllimin oğlunu niyə döydü? - TƏFƏRRÜAT
20.09.2016 11:26
Qaradağ rayonunun Ələt qəsəbəsində 127 saylı məktəbin şagirdi Mustafa Muradovun müəllimin oğlu tərəfindən döyülməsi xəbəri barədə məktəbin direktoru Mərhəmət Məmmədov Publika.az-a açıqlama verib.
 
O bildirib ki, dalaşan uşaqlar hər ikisi eyni sinifdə oxuyurlar: "Hadisə dərsdən sonra baş verib. Mustafa Muradovu döyən Azad İsmayılov eyni sinifdə oxuyurlar. Azadın nənəsi Ofelya Nəsirova həmin sinifdə Azərbaycan dili müəllimidir. Mustafa müəllimənin sözünə baxmayıb, səs salıb. Azad sinif yoldaşının nənəsini ələ salmasına əsəbləşib, dərsdən sonra onu çağırıb mübahisə ediblər. Mustafanın valideynləri istəyib ki, Azadın valideynləri gəlib onlardan üzr istəsin, ancaq işdə olduqlarına görə gedə bilməyiblər. Onlar da əsəbləşib belə bir məlumat yayıblar. Amma deyildiyi kimi uşaq ağır xəsarət almayıb”.
 
Direktor hər iki tərəfin valideynləri ilə danışdığını və Azadın valideynlərinin Mustafanın ailəsindən üzr istəyəcəyini deyib: "Hazırda heç biri dərsdə deyil. Aralarında barışıq olandan sonra dərsə buraxılacaqlar. Müəllim də şagirdlərin yerdən danışmağı, səs-küy salmalarından narazıdır. Ancaq uşaqlar arasında münasibət həmişə yaxşı olub”.

XXX

Qaradağ rayonunun Ələt qəsəbəsində məktəbli uşaq döyülüb.
 
1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, 16 yaşlı Muradov Mustafa Fazil oğlu kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 127 saylı məktəbin şagirdi Mustafa Muradovu müəlliminin oğlu döyüb. Hadisə Mustafanın müəllimin dərsində nadinclik etməsi üstündə baş verib.
 
Faktla bağlı araşdırma aparılır. //Report

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol