Hacıbala Abutalıbov yeni rəis təyin etdi

Bakı Şəhər İcra Hakimiyyəti Avtonəqliyyat İdarəsinə yeni rəis təyin edilib.
Bizimyol.info xəbər verir ki, Bakı meri Hacıbala Abutalıbovun əmri ilə Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin yeni rəisi Təyyar Abdullayev təyin edilib. Yeni təyin edilən rəis elə həmin gün kollektivə təqdim edilərək fəaliyyətə başlayıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev bir müddət əvvəl işində yol verdiyi qüsurlara görə, Bakı şəhər İcra Hamimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən işindən azad olunmuşdu.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























