• $
  • €
  • ₽
  • ₺
  • £

"Deputatı da, məmuru da cərimələyirik" - Vaqif Əsədov

"Deputatı da, məmuru da cərimələyirik" - Vaqif Əsədov
20.09.2016 13:52
"Bilərəkdən və ya bilməyərəkdən yol hərəkəti haqqında qanunun tələbinin pozulması inzibati xətadır və inzibati xəta törədən şəxs kimliyindən asılı olmayaraq (mövqeyindən, vəzifəsindən, cinsindən, irqindən və s.) məsuliyyətə cəlb edilir”.

ANN.Az xəbər verir ki, bunu AzVision.az-a Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov son vaxtlar vəzifəli şəxslərin, deputatların yol hərəkəti qaydalarını pozması haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib. 

DYP rəsmisi bildirib ki, kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır və xəta törədirsə vəzifəli şəxslər, deputatlar da məsuliyyətə cəlb edilir: "Yol hərəkəti haqqında qanunun tələblərinin pozulmasına görə nəzarət gücləndirilib və bu, hadisələrin azalmasına təsir göstərib. İlin əvvəlindən bu günə qədər istər Respublika, istərsə də Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinin bütün göstəricilərinə görə müsbətə dəyişiklik müşahidə edilir”. 

V.Əsədov qeyd edib ki, yol-hərəkəti haqqında qanunun tələblərini pozanlara qanun tələbinə uyğun olaraq cərimə yazılır. Onun sözlərinə görə, cərimələrin tətbiq edilməsi kiminsə xoşuna gəlməyə bilər: "Hətta sıravi vətəndaşlar cərimə yazılan zaman aqressiya nümayiş etdirir. Onlar daha çox sərxoş vəziyyətdə olan sürücülərdir. Bəzən xanım sürücülər xanımlıqlarından istifadə edib, polis əməkdaşlarına qarşı sayğısızlıq edirlər. Bu cür münasibət xanımlara yaraşmır. Polis hər bir halda öz fəaliyyəti ilə nümunə göstərməyə hazırdır. Polislərin hər birində səs yazma qurğusu var. Üzbəüz dayanıb danışdığı şəxslə aralarında olan diskusiya qeydə alınır. Belə vasitələrin olduğu halda yol polisi əməkdaşının qanundankənar hərəkət etməsinə inanmıram. Polisə qarşı hər hansı qanunsuz hərəkət olarsa, qanunun tələblərinə uyğun olaraq həmin şəxs zərərsizləşdirirlir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində bahalı avtomobili saxlayaraq cərimə meydançasına aparıblar. Buna səbəb həmin avtomobillə bağlı xeyli miqdarda ödənilməyən cərimənin olmasıdır. Məlum olub ki, həmin avtomobil Milli Məclisin xanım deputatlarından birinə məxsusdur.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol