• $
  • €
  • ₽
  • ₺
  • £

Belə xallar xərçəngə çevrilə bilər

Belə xallar xərçəngə çevrilə bilər
20.09.2016 15:42
Mütəxəssislər bildirir ki, sağlamlığa zərəri olmayan xalların rəng və formasını dəyişdirməsi vacib məqamdır. Bəzi xallar vaxt keçdikcə dəri xərçənginə çevrilə biləcəyindən bu cür xallar daim nəzarət altında saxlanmalıdır.
 
Aile.lent.az türkiyəli dəri həkimi Xədicə Nuran Uz Aktekinin bədəndəki xallar haqda fikirlərini təqdim edir.
 
Həkim xalların doğuşdan və sonradan yarandığını deyir. Demək olar ki, çox adamda rast gəlinən xallar adi olmaya bilər. Dəri rəngi açıq olan insanlarda isə xallar daha çox diqqət cəlb edir. Xallar anadangəlmə olduğu kimi, uşaqlıq və yetkinlik dövründə də ortaya çıxa bilər və uşaq böyüdükcə xallar da böyüyür. Bəziləri tündləşir, bəzilərinin rəngi açılır: "Bu dəyişikliklər normaldır və "melanoma” dediyimiz dəri xərçəngi deyil. Ümumiyyətlə, xallar qəhvəyi rəngdə olmaqla yanaşı, bəzən açıq qəhvəyi, qara, qırmızı, çəhrayı, mavi, dəri rəngində və ya rəngsiz də ola bilərlər. Forma baxımından yumru, səthi düz və ya yüngül qabarıq olurlar. Görünüşü sürətli dəyişmir, ümumiyyətlə, eyni qalır. Üzərində tük də ola bilər. Bəzi xallar isə illər ərzində dəyişə və ya tamamilə itə bilər. Ancaq bədəninizdəki xallar böyüyür, qaşınır və ya qanayırsa, vaxt itirmədən dermatoloqa müraciət etməlisiniz. Çünki dəri xərçəngi olan melanom əvvəldən mövcud olan xal üzərindən inkişaf edə bilər. Melanom vaxtında aşkarlandıqda müalicə edilə bilən xərçəng növüdür”.
 
Xallar cərrahiyyə əməliyyatı ilə çıxarılmalıdır
 
İnsan bədənində 50-dən çox xalın olması dəri xərçəngi baxımından təhlükəlidir. X. Nuran displastik və nəhəng anadangəlmə xalların melanom riski çox olduğunu vurğulayır. Xalların çoxu çıxarılmasa da olar. Lakin xallar xəstəyə narahatlıq verirsə, görünüşü diskomfort yaradırsa və ya xərçəng şübhəsi varsa, çıxarıla bilər: "Lazerlə xalların yandırılması doğru deyil. Xallar cərrahi yolla çıxarılmalıdır. Bu üsul eyni zamanda patoloji araşdırma aparmağa imkan verir. Xalların çıxarılması xərçəng yaranmasına səbəb vermir. Əksinə, həm diaqnozu dəqiq olur, həm də müalicə edilmiş olur”.
 
Xallar çoxrənglidirsə, diqqət edin
 
Mütəxəssis bədəndə yeni xal və ya ləkə müşahidə etdikdə diqqətli olmağı məsləhət görür. Bu, xərçəng riski baxımından əhəmiyyətlidir: "Asimmetriya əhəmiyyətli bir ipucudur. Yəni xala baxdıqda bir tərəfi rəng və toxuma baxımından fərqlidirsə, kənarları nizamsız, nahamardırsa və sərhədləri dəqiq deyilsə, içərisində birdən çox rəng varsa, diametri 6 millimetrdən böyükdürsə, bu xallar risklidir. Eyni zamanda əvvəldən mövcud olan xal vaxt keçdikcə ölçü, rəng və forma dəyişikliyinə uğrayırsa, mütləq dermatoloqa müraciət edilməlidir. Xallar mövzusunda əhəmiyyətli məqamlardan biri də, dərinin günəşdən qorunmasıdır. Aparılan araşdırmalar ultrabənövşəyi şüaların dəri xərçənginin inkişafında əhəmiyyətli rol oynadığını sübut edib. Dərinizi tez-tez özünüz müayinə edin, öz-özünə müayinə melanomun erkən aşkarlanmasına kömək olar”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol