• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda velosiped dayanacaqları quraşdırılır

Bakıda velosiped dayanacaqları quraşdırılır
20.09.2016 16:37
Bakıda velosipedlər üçün dayanacaqlar quraşdırılır. Bir il əvvəl icrasına başlanan layihə çərçivəsində artıq paytaxtda 10-dan çox ünvanda belə parkinq yerləri quraşdırılıb.

ANN.Az Virtualaz saytına istinadən xəbər verir ki, bu barədə Velosiped İdmanı Federasiyasının (AzVİF) PR meneceri Faiq Qurbanov məlumat verib.

"Bir il əvvəl IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birlikdə federasiya tərəfindən velosipedlər üçün dayanacaqların quraşdırılmasına başlanılıb. Bulvar ərazisində 3-4 yerdə, "Park Bulvar” ərazisində, Qız Qalasının qarşısında, ümumilikdə, təxminən 10 yerdə belə dayanacaqlar var. Şəhərdə velosiped sürənlərin sayı artdıqca, bu dayanacaqların da sayı artırılacaq. Bu yaxınlarda "Metropark”ın qarşısında velosiped dayanacağının quraşdırılması nəzərdə tutulub”, - deyə F.Qurbanov bildirib.

Yalnız "Velopark” ərazisində və "Velotrek”də velosipedlərdən istifadənin ödənişli olduğunu deyən federasiya rəsmisinin sözlərinə görə, velosiped dayanacaqları pulsuzdur və hər kəs bu nəqliyyat vasitəsini pulsuz park edə bilər.

Qeyd edək ki, Bakı şəhərində velosipeddən istifadəni təşviq etmək məqsədilə "IDEA velosiped dayanacağı” (IDEA Bycile Stand) layihəsi kəyata keçirilir. Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və "GreenCar” elektrik nəqliyyat vasitələrinin satış mərkəzi ilə birlikdə həyata keçirilən bu layihə üzrə ilk belə dayanacaq mayın 26-da "Port Baku” kompleksində yerləşən "The Club” idman mərkəzinin qarşısında quraşdırılıb.

Gələcəkdə paytaxda 100-dək "IDEA velosiped dayanacağı”nın quraşdırılması nəzərdə tutulub.

Dayanacaqların quraşdırılması şəhərimizdə ekoloji təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etmək məqsədi daşıyır. Belə ki, Bakı şəhərində xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhali arasında bu nəqliyyat növünün seçilməsi üçün əlavə stimul yaradacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol