“320 manatlıq dərmanı 1220 manata aldım”

Bakı Ağır Cinayətlər Məhkəməsində süni qiymət artımında təqsirləndirilən Elmir Məhərovun cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid Ramid Abdullayev ifadə verib. O bildirib ki, Nərimanov rayonu ərazisində yerləşən "Avis" aptekdən 320 manatlıq dərmanı ona 1220 manata satıblar: "Həmin dərmanı qohumuma alırdım. Bundan sonra gedib Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Baş Prokurorluğa şikayət etdim". R.Abdullayev aptekə dərman üçün ödədiyi pulu hələ də ala bilmədiyini deyib.
Qeyd edək ki, İttihama görə, "Maymed” MMC-nin tabeliyində olan "Avis" apteklər şəbəkəsində diabet xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan "Pegintron 80" dərmanı qiymətindən dörd dəfə baha - 1200 manata satılıb. Əslində isə dərmanın qiyməti 320 manatdır.
Təqsirləndirilən isə bildirib ki, həmin vaxt "Pegintron 80" dərmanı "Avromed"də yox idi. Ona görə də özümüz Türkiyədən gətirib o qiymətə satırdıq".
Hakim təqsirləndirilən Elmir Məhərovdan dərmanı qiymətindən dörd dəfə baha satmağa ixtiyarları olub-olmadığını soruşub. "Bəli, ixtiyarımız var idi", - Elmir Məhərov cavab verib.
Şahid Vəfa Qasımova ifadəsində "Avromed" MMC-də idxal üzrə mütəxəssis olduğunu qeyd edib: "Elmir Mərdiyev ittiham aktında göstərib ki, bəzi dərmanları bizdən alıb. Lakin dərmanların bir çoxunu onların özləri idxal edib. İstintaqa verdiyim ifadəmi təsdiqləyirəm".
Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib.//Bizimyol
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























