• $
  • €
  • ₽
  • ₺
  • £

Öskürənin kürəyinə vurmayın

Öskürənin kürəyinə vurmayın
20.09.2016 22:23
Yemək yeyərkən öskürənin kürəyinə vurmaq, gözə toz düşəndə üfürmək və.s bu kimi doğru bilinən qaydalar əslində yanlış imiş. Mütəxəssislər bunların əslində doğru olmadığını deyir.

ANN.Az lent.az-a istinadən doğru bilinən həmin yanlışları təqdim edir.

Çoxumuz yanan bölgəyə ilk yardım olaraq qatıq, tamat, diş pastası çəkirik. Halbuki ağrı olmayan yanıqlarda ən doğru olan ilk yardım yanmış bölgəni 20 dəqiqə boyunca suda tutmaqdır. Buz qoymaq da yanlışdır. Çünki yanıq bölgəsinə fəsad verir.
 
Öskürənin kürəyinə vurmaq yanlışdır. Çünki insan öskürərək nəfəs borusuna düşən qida qalığını çıxarmağa çalışır, kürəyinə vurmaq bunu əngəlləyə bilər. Ancaq öskürək kəsilib insan nəfəs ala bilməzsə, göyərərsə, müdaxilə etmək lazımdır. Ən doğrusu iki kürək sümüyünün arasına "Heimlich" manevri etməkdir.
 
Qanayan burnu sıxmayın. Burnu qanayan insanın başı çox vaxt arxaya uzadılır və burun dəlikləri sıxılır. Bu, çox yanlışdır. 5 dəqiqə boyunca başı yüngülcə önə əymək və burnu yüngülcə sıxmaq lazımdır.
 
Zəhərlənən şəxsi qusdurmayın. Qusdurmaq çox yanlışdır. Maddə yenidən yemək borusundan keçərək bir daha zərər verə bilər.
 
Gözə qaçan tozu üfüləməyin. Bu, tamamilə yanlış bir hərəkətdir. Üfüləmək cismin daha çox yayılmasına səbəb olur. Təmiz salfetlə götürmək daha doğru olar.
 
"Heimlich" manevri necə edilir?
 
Şüuru açıq olan kəslərdə "Heimlich" manevri:
1. Xəstə ayaq üstə, ya da oturaq mövqedə ola bilər,
2. Arxadan xəstənin gövdəsinə sarılmaq lazımdır,
3. Bir əlin baş barmağı mədənin üst, döş sümüyünün isə alt hissəsinə düşəcək şəkildə yumruq tutaraq qoyular.
3. Digər əl ilə yumruq tutan əli tutar,
4. Qüvvətlə arxaya və yuxarı doğru təzyiq edilər (basılar),
5. Bu hərəkət 5-7 dəfə yad cisim çıxana qədər təkrarlanar,
6. Xəstənin boynundan nəbzi və həmçinin tənəffüsü qiymətləndirilər,
7. Təcili Tibbi Yardıma zəng edilər (103).

Şüurunu itirmiş kəslərdə "Heimlich" manevri:

1. Xəstə yerə yatırdılır, böyrü üstə kürəyinə 5 dəfə vurulur,
2. Tıxanma açılmadığı təqdirdə xəstə düz yerə uzadılır və başı yana çevrilir,
3. Xəstənin ayaqları üzərinə müdaxilə edəcək şəxs hər ayağı xəstənin bir tərəfinə düşəcək şəkildə (at üzərində oturulan pozisiyada) oturulur,
4. Bir əlin biləyə yaxın hissəsi göbəklə döş sümüyü arasına yerləşdirilir, digər əl isə üzərinə qoyular.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol