• $
  • €
  • ₽
  • ₺
  • £

Maştağaya şəhər statusu verilə bilər

Maştağaya şəhər statusu verilə bilər
21.09.2016 12:11
Bu gün Azərbaycanda əhalisinin sayı 5-15 min nəfər olan şəhər statuslu yaşayış məntəqələri  var.

Bunlara misal olaraq Goranboydakı Dəliməmmədli və yaxud Tovuzdakı Qovlar şəhərini misal göstərə bilərik.

Maraqlıdır, Bakıda yerləşən və əhalisinin sayı 80 mindən çox olan Maştağaya niyə şəhər statusu verilmir? Halbuki, Maştağa qəsəbəsi sosial-iqtisadi inkişaf baxımından rayonlardakı şəhər statuslu yaşayış məntəqələrindən daha yaxşı inkişaf edib.

Modern.az saytı məsələ ilə bağlı Maştağa qəsəbəsinin daxil olduğu 28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar Quliyevin fikirlərini öyrənib.
 
"Maştağaya şəhər statusunun verilməsi gündəmdə var”
 
Deputat bildirib ki, əslində Maştağaya şəhər statusunun verilməsini maştağalılar da istəyir:

"Maştağa camaatı, əhalisi də dəfələrlə qəsəbəyə şəhər statusun verilməsi ilə bağlı məsələ qaldırıblar. Biz də istərdik ki, Maştağaya şəhər statusu verilsin.
Ötən əsrin ortalarında Maştağa özü ayrıca rayon statusunda olub. Daha sonra isə köhnə Lenin, indiki Sabunçu rayonu yaradıldıqda Maştağa qəsəbə kimi onun tərkibinə verildi.
Bu gün Maştağanın 80 minə yaxın əhalisi var. Maştağanın da ətrafında yeni-yeni qəsəbələr yaranır. Amma buna baxmayaraq, Maştağanın sosial-iqtisadi inkişafını nəzərə alaraq, ora şəhər statusu vermək olar”.
 
"Bu məsələyə Milli Məclidə baxılacaq”
 
Eldar Quliyev bildirib ki, parlamentdə Maştağaya şəhər statusunun verilməsi müzakirə oluna bilər:

"Maştağanın ətrafında Savalan qəsəbəsi salınıb, çoxlu evlər tikilib. Biz də istəyirik ki, belə bir qəsəbəni şəhər eləmək daha məqsədə uyğun olar. Maştağa ayrıca şəhər statusu alsaydı, Nardaran, Bilgəh, Zabrat, Kürdəxanı kimi qəsəbələri də onun tərkibinə vermək olar. Artıq ondan sonra əhalisi 130-140 minə gəlib çata bilər.

Düzdür, əslində belə bir məsələ gündəmdə var. Amma dövlət səviyyəsində nə zaman həll olunacağını dəqiq deyə bilmərəm. Yəqin ki, Milli Məclisdə bu məsələyə baxılacaq.
Maştağa qəsəbəsi və digər ona yaxın olan qəsəbələr kənd təsərrüfatı ilə məşğul olan ərazilərdir. Bu baxımdan Maştağa ayrıca şəhər status alsa, oranın sosial-iqtisadi inkişafı daha da sürətli gedər, kənd təsərrüfatını inkişaf etdirmək olar.

Vaxtı ilə Maştağanın bir hissəsi Abşeronun tərkibinə idi. Torpaqlar Abşeronun olsa da, kolxoz və sovxozlar Maştağanın idi. Təəssüflər ki, Maştağada əkinə yaralı sahələrdə fərdi evlər tikilib. Şəhər statusu veriləndən sonra yəqin ki, bu məsələlər də öz həllini tapacaq”.
 
"Maştağa əhalisi və ağsaqqalları bir yerdə iclas keçirməlidir”
 
Maştağanın şəhərə çevrilməsinin yollarını isə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev göstərib:

"Qəsəbəyə şəhər statusunun verilməsi əhalinin özünün tələbi ilə olur. Onlar yığılıb iclaslarını keçirməlidirlər.

Qəsəbədəki Ağsaqqallar Şurası, icra strukturları və digər qurumlar bir yerə toplaşıb iclas keçirməli və məsələ ilə bağlı protokolları İcra hakimiyyətinə göndərməlidirlər.

Müvafiq sənədlər İcra hakimiyyətinə göndərildikdən və icra orqanı da özü məsələyə baxandan sonra müvafiq hökumət qurumlarına müraciət etməlidir. Əgər məsələyə müsbət rəy verilsə,  sənədlər Milli Məclisə daxil olur.

Yəni bu gün Maştağaya şəhər statusunun verilməsi birbaşa olaraq oranın yerli əhalisinin istək və tələbindən asılı olan məsələdir. Əgər maştağalılar belə bir tələb irəli sürərlərsə, buna Milli Məclisdə mütləq baxılacaq”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol