Azərbaycanda referendumu 90 beynəlxalq müşahidəçi izləyəcək

Azərbaycanda ümumxalq səsverməsi 5627 seçki məntəqəsində keçiriləcək.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, referendumla bağlı 34 ölkəni təmsil edən 90 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
M.Pənahov əlavə edib ki, seçki prosesini izləmək üçün 53300 yerli müşahidəçi qeydiyyata alınıb:
"Bunlardan 1097-si MSK-da, qalanları isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























