Nazir müavini: "Ermənistanda keçirilən parad sadəcə parodiya idi"

"Azərbaycanın heç bir ölkədən pulsuz silah-sursat almasına ehtiyac yoxdur".
"Report"un məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrdən müasir texnologiyalar alıb silah-sursat istehsal etməyə gücü var: "Biz ordumuzu kifayət qədər silah-sursat, döyüş texnikası ilə təmin etməyə qadirik".
Y.Musayev qeyd edib ki, Ermənistanda keçirilən parad sadəcə parodiya idi.
Ermənistandakı "İskəndər M" raketlərinə bərabər kompleksin Pakistandan alınması üçün danışıqların aparılması ilə bağlı suala cavab verən nazirlik rəsmisi vurğulayıb ki, Azərbaycanın MSN-i istehsalçıdır və silah-sursat almır: "Bu sualı Müdafiə Nazirliyinə ünvanlasanız, daha yaxşı olar".
O, həmçinin bildirib ki, Azərbaycanın istehsal etdiyi məmulatlara olan tələbat çoxluğundan bəzi sifarişlərdən imtina edilir: "Vaxtımız və imkanımız yoxdur ki, qısa müddətdə istehsal edək".
Müraciətlərin əsasən Avropa, Afrika və Asiya ölkələrindən olduğunu deyən nazir müavini əlavə edib ki, onlar ən çox döyüş sursatları, silahlar almaq istəyirlər: "Silahlarımız rəqabətli, keyfiyyətlidir və həmin məmulatlar dünya bazarındakı qiymətlərə uyğun satılır".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























