• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 10 dini icmaya maliyyə yardımı ayrıldı

Daha 10 dini icmaya maliyyə yardımı ayrıldı
22.09.2016 13:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
 
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumta görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dövlət başçısının ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb.

S.Salahlı dövlətin daim dindarların və dini icmaların yanında olduğunu, mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayırdığını vurğulayıb.
 
Maliyyə vəsaiti ayrılan Göyçay rayonu Potu kənd məscidi dini icması "Tolerantlıq ənənələrinin qorunub-saxlanılması”, Ağstafa rayon Dağ Kəsəmən kənd "Eyyub Ağa” məscidi dini icması "Tolerantlıq – radikalizmə alternativ kimi”, Quba rayonu Zizik kənd məscidi dini icması "Ənənəvi İslam və multikultural dəyərlərin təbliği”, Qobustan şəhəri "Heydər” məscidi dini icması "Gənclərin radikal təsirlərdən qorunması”, Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması "Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri”, Şəki şəhər mərkəzi "Cümə” məscidi dini icması "Dini radikalizmlə mübarizə hər birimizin borcudur", Bakı şəhəri Yasamal rayonu "Qasımbəy” Cümə məscidi dini icması "Dini radikalizm və ekstremizmlə mübarizə”, Bakı şəhəri Səbail rayonu İçərişəhər "Cümə” məscidi dini icması "Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi "Şamlı” məscidi dini icması "Dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə” , Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi "Şıxlar” məscidi dini icması "Dini radikalizmin təzahür formaları və onunla mübarizənin əhəmiyyəti” layihələrini həyata keçirəcəklər.

Dini icmalar ayrılan vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində yerlərdə keçirdikləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları da təqdim edəcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək 131 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 112-i isə İslam dini icmasıdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol