• $
  • €
  • ₽
  • ₺
  • £

İş dəftəri məcburi alınmalıdır? – Nazirlikdən açıqlama

İş dəftəri məcburi alınmalıdır? – Nazirlikdən açıqlama
22.09.2016 16:22
Yeni tədris ilində yaranan problemlərdən biri də iş dəftərlərinin məcburi alınması və qiymətinin baha olmasıdır.

 İş dəftəri üçün bir şagirdə çəkilən xərc 50 manatdan çox  olur. Bu isə valideynlərə çətinliklər yaradır. Nəzərə alsaq ki, bir ailədən bir neçə şagird məktəbə gedir, belə olan halda iş dəftərlərinə çəkilən xərc ailə üçün maddi sıxıntılar yaradır. 

Bəs, nə üçün iş dəftərləri bu qədər bahadır? İş dəftərləri alınması məcbur edilə bilərmi? Bu sualları Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü Qaynarinfo.Az-a cavablandırdı. Ekspert iş dəftərlərinin dərsliklərdən də baha olduğunu söylədi:

"İş dəftərinin baha olması ilə razıyam. Amma iş dəftəri olmadan keçinmək də mümkün deyil. 1-ci sinif şagirdləri üçün tapşırıqların yerinə yetirilməsində mühim rol oynayır. Təhsil Nazirliyi məcburi qaydada istifadə edilməsini söyləmir. Amma şagirdin bilik və bacarıqlarının formalaşmasında iş dəftəri vacibdir. İş dəftərlərinin qiyməti bahalaşmaya görə artdı. İş dəftərləri kitablar və dərs vəsaiti kimi paylansa yaxşı olar. İş dəftərləri ilk dəfə satışa çıxarılanda 1 manat idi. İlbəil bahalaşma getdiyindən bu dərs vəsaitinə də təsir edir. 30-50 manat civarında bir uşağa iş dəftəri alınması üçün xərclənir. Düşünürəm ki, iş dəftərlərinin qiymətlərinə yenidən baxılmalıdır. Orta məktəb dərsliyi heç bu qədər baha başa gəlmir. Baxmayaraq ki, kitablar daha qalındır və tərtibatı üçün daha çox vəsaitlər istifadə olunur. Müqayisə aparanda həqiqətən iş dəftərləri dərsliklərdən bahadır".

Təhsil Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo.Az-a bildirildi ki,  iş dəftərləri dərslik komplektindən çıxarılıb: "İş dəftəri dərslik komplektindən rəsmən çıxarılıb, artıq yoxdur. Müəllim üçün metodiki vəsaitdə də yazılmır ki, iş dəftərində nə isə iş görsünlər. Dərslik komplektində iş dəftəri olmadığı üçün məktəb şagirdi iş dəftəri almağa məcbur edilə bilməz. Əgər belə hallar varsa, Bakıda yaşayan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, digər rayon və şəhərdə yaşayanlar isə müvafiq təhsil şöbələrinə müraciət etsinlər. Təhsil Nazirliyinin "Qaynar xətti” olan 146 nömrəsinə istənilən şikayət edə bilərlər".

Nəzərə alaq ki, nazirliyin mövqeyi tədris ocaqlarına məlum olsa da, məktəblərdə iş dəftərlərinin məcburi alınması davam edir. Siniflərdə bir neçə valideynin buna qarşı çıxmağına baxmayaraq, digər valideynlərin iş dəftəri alması səbəbindən onlar da problemə qatlaşırlar. Hər halda iş dəftəri problemini Təhsil Nazirliyi kökündən həll edə bilər. Bunun üçünsə, Təhsil Nazirliyi əməkdaşlıq etdiyi nəşriyyatlara çapın dayandırmasını göstəriş verməlidir. Əgər bu göstəriş olmasa, problem hər il təkrarlanacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol