• $
  • €
  • ₽
  • ₺
  • £

Qafqazın ən böyük “Kitab Evi”ndə oxucu izdihamı

Qafqazın ən böyük “Kitab Evi”ndə oxucu izdihamı
23.09.2016 11:40
Müasir üslubda inşa edilən "Kitab evi” 2016-cı ilin Avropa Gənclər Paytaxtının sakinlərinin sevimli məkanına çevrilib. 

Kitabsevərlər burada müxtəlif multimedia vəsaitlərindən və elektron kitablardan istifadə edir. Onlar burada Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə kitablar oxuyurlar. Qafqazın ən böyük "Kitab Evi” yaxın zamanlarda istifadəyə verilməsinə baxmayaraq, ətrafına çoxlu oxuyucu toplamağı bacarıb.

"Kitab Evi”ndə fəaliyyət göstərən ”Qoy-götür”, ”Bukinist”, "Günün, həftənin, ayın kitabı” şöbələrində gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir məkanda keçirməsi, ziyalıların sakit bir məkanda müzakirələr aparması üçün lazımi tədbirlər görülüb. "Qoy-götür” guşəsində adından da göründüyü kimi hər kəs buraya kitab gətirib hədiyyə edə və əvəzində başqa kitab götürə bilər. "Günün, həftənin, ayın kitabı” adlı guşə də təsis olunub ki, burada yerləşdirilən kitablar maya dəyərinə satılır və yerli və xarici ədəbiyyata aid kitablar tapmaq mümükündür. Bu kitabxanada balacalar üçün "Nağıllar Aləminə" adlı guşədə fəaliyyət göstərir.

Bununla yanaşı burada "Kitabkafe” var ki, orada kitabsevərlərin istirahəti üçün hər cür şərait yaradılıb. Kitab marketinin "elektron kitab” bazasında müştərilərin razı qalması üçün hər bir şərait mövcuddur. Eyni zamanda burada imza günləri, seminarlar və müxtəlif tədbirlərin keçirilməsi üçün geniş bir guşə təşkil edilib.

Bildirək ki, "Kitab Evi”ndə 5000-ə yaxın əyani, elekton bazada isə 20 minə yaxın kitab var. Maraqlı kitab oxumaq həvəsində olan oxucu istər ölkə, istərsə də ölkənin hüdudlarından uzaqda istənilən kitabı sifariş edə bilər.//Modern.az

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol