• $
  • €
  • ₽
  • ₺
  • £

Dillər Universitetində yeni prorektor TƏYİNATI

Dillər Universitetində yeni prorektor TƏYİNATI
23.09.2016 15:08
Azərbaycan Dillər Universitetində Tədris işləri üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.

Belə ki, təhsil aziri Mikayıl Cabbarovun 19 sentyabr 2016-cı il tarixində imzaladığı müvafiq əmrinə əsasən, Nazirliyin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan Abdullayev Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
 
Modern.az-ın məlumatına görə, bu gün Nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev yeni təyin olunmuş prorektoru universitet kollektivinə təqdim edib.
 
Qeyd edək ki, Əfqan Əli oğlu Abdullayev Azərbaycan dilçiliyinin yeni nəslinə aiddir. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini və aspiranturasını bitirib. Həmin İnstitutda Laboratoriya müdiri, İngilis dilinin qrammatikası kafedrasında müəllim, Xəzər Universitetində kafedra müdiri, Humanitar fakültənin dekanı işləyib. 1993-2005-ci illərdə ABŞ-da magistratura, həmçinin doktorantura təhsili alıb, Ph.D. pilləsini tamamlayıb, magistr elmi dərəcəsinə layiq görülüb. ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının, Almaniya Xarici İşlər Nazirliyinin 20-dən çox qrantının mükafatçısıdır. 1996-cı ildə namizədlik, 2001-ci ildə doktorluq elmi dərəcələrini alıb. 105-dən çox elmi məqalənin, 6 kitabın (3 kitab xaricdə nəşr olunub) müəllifidir. 2001-ci ildən Xəzər Universitetinin, 2002-ci ildən isə Azərbaycan Dillər Universitetinin professorudur. ABŞ, Türkiyə, Polşa, Rumıniya, İran, Rusiya, İngiltərə, Almaniya, Macarıstan, İspaniyada müxtəlif beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. 2003-cü ildən 2014-cü ilə kimi Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində dekan vəzifəsində çalışan Əfqan Abdullayev Təhsil Nazirliyində Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi kimi, son dövrlərdə isə Elm, ali və orta ixtisas təhsili şöbəsində fəaliyyət göstərib.
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol