• $
  • €
  • ₽
  • ₺
  • £

Ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək

Ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək
23.09.2016 16:50
Azərbaycanda ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək.
 
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin informasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev APA-ya deyib ki, hazırda "Ölüm haqqında tibbi şəhadətnamənin elektron registrdən əldə edilməsi” üzrə tibbi xidmət yaradılır.
 
Bu xidmətin yaradılması üzrə işlərin getdiyini deyən A.Mirzəyev vurğulayıb ki, nəticədə ölüm haqqında şəhadətnamənin kağız forması ləğv olunacaq: "Hazırda bu xidmətin tətbiqi üçün proqram hazırlanır. İşlər tam yekunlaşandan sonra bunun hansı formada tətbiq ediləcəyi barədə məlumat veriləcək”.
 
Şöbə müdiri vurğulayıb ki, ölkədə tibbi şəhadətnamənin kağız forması da ləğv ediləcək. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı da müzakirələr gedir: "Bununla bağlı hazırda Ədliyyə Nazirliyi və "ASAN Xidmət"lə birgə iş aparılır. Bu gün uşaq doğulandan sonra valideyn Forma 103-ü kağız formada "ASAN xidmət"ə təqdim edərək doğum haqqında şəhadətnamə alır. Artıq kağızı "ASAN xidmət"ə aparmağa ehtiyac qalmayacaq. Bazada uşaq barədə bütün müvafiq məlumatlar olacaq və valideynlər heç bir kağız təqdim etmədən doğum haqqında şəhadətnaməni "ASAN xidmət"dən əldə edəcəklər”.
 
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol