• $
  • €
  • ₽
  • ₺
  • £

“Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” adlı layihə uğurla davam edir

“Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” adlı layihə uğurla davam edir
23.09.2016 20:55
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə Elmin Fərruqovun "C” kateqoriyası üzrə icra etdiyi "Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” adlı layihənin iştirakçıları Azərbaycan Xalça Muzeyini ziyarət ediblər.   

Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2004-cü il tarixində imzaladığı "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan "Azərbaycan xalça sənətinin təbliği " - bəndinə əsaslanaraq, "Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” çərçivəsində həyata keçirilir. 

İlk olaraq layihə rəhbəri Elmin Fərruqov və Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul   çıxış edərək layihə haqqında gənclərə ətraflı məlumatlar veriblər.

Qeyd edək ki, layihədə  əsas məqsəd, xalçaçılıq sənətini yaşatmaq və eyni zamanda gənclər arasında bu peşə sahəsinə olan marağı artırmaqdan ibarətdir. Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib.

Sonra muzey əməkdaşları İlahə Məmmədova və Dilavər Kərimova muzeyi ilk dəfə ziyarət edən gənclərə mədəni irsimiz olan xalçaçılıq sənəti və bu sənətin tarixi haqqında  ətraflı məlumatlar veriblər. Həmçinin   muzeyində sentyabrın 15-dən 29-dək davam edəcək  "Bərpa olunmuş eksponatlar” adlı sərgi haqqında ümumi məlumat verərək bildiriblər ki, muzeyin bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatının üzərində zəruri işlər həyata keçirilib. Sərginin keçirilməsində əsas məqsəd bərpa və konservasiya edilən sənət incilərini nümayiş etdirmək və milli sərvətimiz olan eksponatların daim nəzarətdə olduğunu, qorunduğunu göstərməkdir. Lakin 690 ədəd eksponatın sərgi çərçivəsində nümayişi çətin olduğu üçün 49-nu seyr etmək imkanı yaradılıb. Onlar xovsuz, xovlu xalçalar, xalça məmulatları, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir.
 
Qeyd olunub ki,  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.
 
Tədbir çərçivəsində gənclərə Mədəniyyət və İncəsənət Univerisitetinin ıv kurs tələbəsi Hüseyn Abasov tərəfindən lentə alınan "İLMƏ” qısa metrajlı video çarx  təqdim olunub.
 
Sonda layihədə iştirak edən gənclər, onlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin xanım Məlikovaya təşəkkürlərini bildiriblər.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol