• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat sərt danışdı: “Onların məqsədi milləti qırmaqdır”

Deputat sərt danışdı: “Onların məqsədi milləti qırmaqdır”
24.09.2016 16:27
"Azərbaycandakı özəl tibb klinikalarında xaricdən gəlib icazəsiz fəaliyyət göstərən həkimlər və həmin obyektlərlə bağlı ciddi addımlar atılmalıdır”.
 
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda qeydiyyatsız, serfitikatı və diplomu təsdiq olunmamış həkimlərə və onların işlədikləri klinikalara qarşı tezliklə cinayət işi açılmaldır:

"Ölkədə bu cür qanunsuz və özbaşına işləyən özəl tibb müəssisələrinin lisenziyaları birmənalı şəkildə ləğv edilməlidir.

Həmin klinikalara və həkimlərə qarşı birbaşa olaraq Baş Prokurorluqda cinayət işi açılmaldır. Çünki elə həkimlər bu ölkə və millət üçün çox ciddi təhlükə mənbəyidir”.
 
Musa Quliyev söyləyib ki, özəl tibb müəssisələrində qanunsuz işləyən həkimlərin əsas məqsədi bu milləti qırmaqdır:

"Azərbaycanda qeydiyyatdan keçməyən, diplomu və sertifikatı tanınmayan istər yerli və istərsə də xarici həkimlərə görə bu milləti qırmaq olmaz. Onların qeyri-qanuni yollarla, turist kimi Azərbaycana gəlib özəl tibb klinikalarında tibbi xidmət göstərmələri xalqımıza qarşı ən qatı cinayətdir”.
 
Musa Quliyev vurğulayıb ki, çox zaman xaricdən gəlib Azərbaycanda qeydiyyatsız və sertifikatsız işləyən həkimlər xəstənin vəziyyəti ağırlaşdıqdan sonra ölkədən qaçırlar:
 
"Azmı olub ki, Azərbaycanda cərrahiyyə əməliyyatını keçirib, öz ölkəsinə qayıtdıqdan sonra xəstənin vəziyyəti ağırlaşıb. Sonradan isə o həkimi tapmaq belə, mümkün olmayıb və aradan çıxa bilib.

Bu gün bütün tibb dünyasında belə bir deyim var: "Yaxşı həkim öz vətənindən kənarda işləməz”.
 
Bir neçə gün öncə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bəzi hallarda xaricdən gələn həkimlər sertifikatlarını təsdiq etməkdən yayınır və qeyri-qanuni fəaliyyət göstərirlər.

Biz onları dəvət edirik ki, belə hallardan yayınmasınlar. Səhiyyə Nazirliyinin komissiyasından keçdikdən sonra həkimlərin fəaliyyətinə icazə verilir”.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol