Azərbaycanda 119 yaşlı seçici səs verib

Azərbaycanda keçirilən referendumda 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə təşkil olunan səsvermədə 119 yaşlı seçici səs verib.
64 saylı Sabirabad ikinci seçki dairəsinin Qaratuğay kəndində yaradılan 28 saylı məntəqə seçki komissiyasında qeydiyyatda olan kənd sakini, 1897-ci il təvəllüdlü Həsənova Nubah Cabbar qızının yaşadığı ünvana daşınan qutu aparılıb.
Qeyd edək ki, 64 saylı Sabirabad ikinci seçki dairəsi 40 seçki məntəqəsindən ibarətdir və dairə üzrə 40331 seçici var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























