Rusiyadakı vətəndaşlarımız fəal səs verir

Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Rusiyada yaşayan həmvətənlərimizdə ruh yüksəkliyi ilə iştirak edirlər .
Bu barədə ANN.Az-a tanınmış ekspert, ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib. Toğrul Allahverdilinin sözlərinə görə, Rusiyada yaşayan seçici hüququna malik vətəndaşlar səhər saatlarından səfirlikdə təşkil olunan məntəqəyə gəlib və səsvermədə fəal iştirak edirlər.
İki saata yaxın müşahidə apardığını deyən Allahverdili seçkinin demokratik qaydalara uyğun olduğunu və qanun pozuntusuna rast gəlmədiyini bildirdi .
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























