“Youth Inc.” və “İT Park-Kazan” arasında memorandum imzalandı

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Seymur Hüseynov və Kazanda İT Parkın direktoru Anton Graçev arasında memorandum imzalanıb.
Memorandumda qeyd edilən istiqamətlər üzrə hər iki tərəf arasında əməkdaşlıq nəzərdə tutulub. Növbəti mərhələ kimi əməkdaşlıq çərçivəsində Kazan və Azərbaycan gənc sahibkarı arasında təcrübə və resursların bölüşülməsi, eləcə də startap və mentor mübadiləsinin reallaşması gözlənilir.
3 gün davam edən Forumda eyni zamanda DVC-nin proqramı olan "Youth Inc." Gənclərin Sahibkarlıq Proqramının təqdimatı edilib. Belə ki, DVC-nin aparıcı proqramlarından biri olan "Youth Inc." haqqında "DVC” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev proqram haqqında məlumat verib, Azərbaycanda gənclərinin inkişafında göstərdiyi xidmət və imkanlardan söz açıb. Həmçinin, Forumda İctimai Təşkilatların nümayəndələri iqtisadi sahədə, eləcə də tarixi və mədəni mədəni irsin qorunması mövzularını əhatə edən seksiyalar təşkil olunub. Seksiyalarda iştirak edən "Youth Inc." Proqramının nümayəndələri inkubasiya və akselerasiya proqramlarının yaradılması, iki ölkə arasında informasiya ve təqdimat turlarının təşkili, vençur və investisiya yarmarkalarının təşkil edilməsi və digər mövzularda aparılan müzakirələrə qoşulub.
Qeyd edək ki, "Yeni nəsil: Sərhədsiz məsuliyyət” IV Rusiya – Azərbaycan Gənclər Forumu 22-25 sentyabr 2016-cı il tarixlərində Tatarıstanın paytaxtı Kazanda keçirilib. Forum "Rusiya Federasiyası Gənclər və Uşaqlar Birliklərinin Milli Şurası" tərəfindən Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi, Gənclərlə iş üzrə Agentliyi, Azərbyacan Respublikasının Təhsil Nazirliyi, ARGTMŞ və Azərbyacan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Rusiyanın ən böyük İnformasiya və Texnologiyalar parkı olan "İT Park-Kazan”-da keçirilən Forumun məqsədi Azərbaycan və Rusiyada Gənclər Təşkilatlarının nümayəndələri arasında əməkdaşlığın inkişafı, iki dövlət arasında dostluğun gücləndirilməsi, eləcə də birgə layihə və proqramların həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması olub.
"Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının məqsədi Azərbaycanda "Gənc Sahibkarlıq” anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və gənclərə öz biznesini yaratmaqda dəstək olmaqdir. Buna görə "Youth Inc.” öz vaxtını, təcrübəsini, müvafiq resurslarını gənclərin biznes bacarıqlarının və biliklərinin artırılmasına, bununla da Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün gənc nəsli formalaşdırmağa yönəldib.
Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." Proqramı "Coca-Cola", Azərbaycan Gənclər və İdman Nazirliyi və DVC təşkilatının dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. "Youth Inc."in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes layihələr həyata keçirib, 25 startap dəstəklənib və 7000-ə yaxın gənc müxtəlif seminarlarda iştirak edib.
"Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilən müsabiqə fərdlər tərəfindən könüllü olaraq yeni bizneslərin və innovasiyaların dəstəklənməsi modelininin Azərbaycanda tanıdılması üçün ilk addımdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























