• $
  • €
  • ₽
  • ₺
  • £

Elmin 4 növü: hansı elm ən üstündür?

Elmin 4 növü: hansı elm ən üstündür?
29.05.2020 11:08
İslamın nəzərinə görə hansı elm faydalıdır?

ANN.Az deyerler.org-a istinadən bildirir ki, bu suala cavab verməzdən əvvəl elmin növləri ilə tanış olaq. İslam dininin nəzərinə görə elm dörd dəstəyə bölünür:

1. Ladoni elm. Qurani-Kərim Həzrət Musanın (ə) əhvalatı haqqında bəhs edən zaman buyurur: "Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm)öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar". ("Kəhf" 65). Yəni, bu, o elmdir ki, onun mənbəyi Allahdır. Bu elmi Allah xüsusi bəndələrinə əta edər və hər kəs ondan nəsibini almaz. Bu elm peyğəmbərlərə (ə) və İmamlara (ə) verilən qeyb elmidir. İmam Sadiq (ə) buyurur: "Nə zaman Məsuma (ə) sual verilsə, sualın cavabı bəzən ona ilham olar, bəzən mələkdən eşidər, bəzən də hər ikisi olar".
2. O elmdir ki, mövzusu İslami üsul və furudur. Quran və sünnət kimi. Buraya təfsir elmini, qiraət elmini, hədis elmini, kəlam elmini, fiqh elmini, əxlaq elmini daxil etmək olar.
 
3. O elmdir ki, mövzusu təbiət və riyaziyyatdır. Həkimlik, mühəndislik, əkinçilk və sair elmlər bura aiddir.
 
4. Nəticəsiz elm və ya səmərəsi olmayan elmlər. O cümlədən sehr, cadu, kəhanət kimi elmlər bura daxildir.
 
İslamın nəzərinə görə o elm ki, Allahdan və Onun göstərişlərindən bəhs edir - ən üstün və ən ali bir elmdir. Çünki insanın səadətə çatmaq yolunu müəyyən edir və onu düz yola hidayət edir. Ona görə də rütbə cəhətdən qalan elmlərdən üstün sayılır. Belə ki, əgər riyaziyyat və ya fizika elmində hansısa səhvləri etsək, cəmiyyət ziyan görə bilər, ancaq onu aradan qaldırmaq mümkündür. Lakin insan əgər əqidə məsələrində ziyan görərsə, dünya və axirətini bada vermiş olar. Yəni, ziyanı hər iki dünyada çəkər. Əgər peyğəmbərlərin (ə) risalətinə nəzər salsaq, görərik ki, onların hamısı məhz Allaha aid olan elmləri özləri ilə gətiriblər. Bu elmin yanında əkinçilk və başqa elmləri də tanıdıblar.
 
Həzrət Peyğəmbər (s) buyurur: "İki cür elm vardır ki, biri zahiri elmdir ki, dilin başındadır və biri də qəlb elmidir ki, bu elm faydalıdır".
 
Yəni, o elm ki, sənin ruhuna fayda verər, o, ən üstün elm sayılır. Bu haqda İmam Sadiq (ə) buyurur:"Sadiq bir insandan Allahın halal və haramına görə bir hədis öyrənsən, dünyadan və onda olan bütün qızıl və gümüşdən daha üstündür".
Ona görə də deyə bilərik ki, bir insan üçün ən faydalı elm - o elmdir ki, insana Allahı tanıdar və Onun göstərişlərini bəyan edər. İnsanın ruh və qəlbini əbədi məqsədə və saədətə çatdırar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol