• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir elektron xidmət yaradıldı

Azərbaycanda daha bir elektron xidmət yaradıldı
27.09.2016 23:29
Beş iş günü ərzində dini ədəbiyyatın istehsalı, idxalı, ixracı və yayılmasına razılığın verilməsi və ya razılıq verilməsindən imtina haqqında qərar veriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası "Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsi haqqında inzibati reqlament”i təsdiq edib.
 
APA-nın məlumatına görə, bu elektron xidmət dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsini əhatə edir.
 
Elektron xidmət www.e-gov.az, //scwra.gov.az/pages/35/ elektron ünvanlarında təqdim olunur. Elektron xidmətin göstərilməsi üçün elektron ərizədə fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, hüquqi şəxsin adı, hüquqi ünvanı (daimi göstərdiyi yer) və qeydiyyat nömrəsi, müraciət səlahiyyətli şəxs tərəfindən edildikdə habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar əksini tapmalıdır. Ərizəyə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında) əlyazması (istehsal edilməsinə razılığın alınması üçün) və ya nümunəvi nüsxəsi (idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın alınması üçün) əlavə edilir. Eyni zamanda ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti elektron formada təqdim olunur. Beləliklə, ərizəni formalaşdırdıqdan sonra tələb olunan sənədləri daxil edərək sorğu formalaşdırılır. Sorğu istifadəçinin www.e-gov.az, //scwra.gov.az/pages/35/ internet ünvanlarından birinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçtuna "Bildiriş” göndərilir. rizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur. İmtina üçün əsaslar olmadıqda sorğu qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal "Bildiriş” göndərilir.
 
Ərizə və ona əlavə edilmiş sənədlərin düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra icra üçün Dinşünaslıq ekspertizası şöbəsinə göndərilir. Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın verilməsi haqqında qərar qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal "Bildiriş” göndərilir və qərar istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir. Elektron xidmətin göstərilməsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsi məsuliyyət daşıyır. Məsul şəxs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin rəhbəridir. Ərizə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 5 iş günündən gec olmayaraq razılığın verilməsi və ya razılıq verilməsindən imtina haqqında müvafiq qərar qəbul edilir və istifadəçinin elektron ünvanına bu barədə dərhal "Bildiriş” göndərilir


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol