Bakıya qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 16.000 ədəd "Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























