• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: Əksər evlərdə televizorlar həm rəqəmsal, həm də analoq yayımı dəstəkləyir

MTRŞ: Əksər evlərdə televizorlar həm rəqəmsal, həm də analoq yayımı dəstəkləyir
28.09.2016 16:27
"Analoq yayımı dəstəkləyən televizora baxanlar dekoderlər əldə etməlidir. Əks halda, dekabrın 1-dən bütün ölkə üzrə analoq yayım dayandıqdan sonra vətəndaşlar əvvəlki qaydada televiziyaya baxa bilməyəcəklər”.
 
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının texniki şöbəsinin müdiri İsa Məmmədov deyib. O bildirib ki, bu gün evlərdə olan LCD, plazma televizorları həm analoq, həm də rəqəmsal yayımları qəbul edir, köhnə tipli televizorlar - dərinliyi böyük, müstəvi formaya az yaxın olan, həcmləri iri cihazlar isə analoq və rəqəmsal TV yayımlarını qəbul edə bilməz: "Ona görə də belə televizorlarda rəqəmsal yayımı qəbul etmək üçün dekoderlərdən ("Set-Top-Box”) istifadə olunmalıdır. Onlar satışda varı. Hətta Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan 5 min dekoder poçt şöbələrinə veriləcək. Onların qiymətləri 25-30 manat arasında dəyişir. Bütün satış məntəqələri, mağazalarla yanaşı, poçt məntəqələrində də onlar satılacaq. Qoşulma çox sadədir və hər kəs edə bilər". 
 
MTRŞ nümayəndəsinin sözlərinə görə, Azərbaycanda əhalinin əksər hissəsində televizorlar həm rəqəmsal, həm də analoq yayımı dəstəkləyir. Son illər Bakıda satılan televizorların həm analoq, həm də rəqəmsal olduğunu deyən şöbə müdiri, onların dekoderlərə ehtiyacı olmadığını açıqlayıb: "25 ildir ki, ölkədə analoq-rəqəmsal televizorlar satılır. Son 25 ildə kim televizor alıbsa, onlar həm analoqa, həm də rəqəmsal yayıma baxa biləcəklər”.
 
Dekoderlərin aztəminatlı ailələrə güzəştli və ya pulsuz verilməsi məsələsinə gəlincə, İ. Məmmədov bildirib ki, əvvəl bu barədə düşünülsə də, hazırda bu, nəzərdə tutulmur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol