• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-in tərkibində döyüşən məşhur güləşçimiz öldürüldü

İŞİD-in tərkibində döyüşən məşhur güləşçimiz öldürüldü
29.09.2016 12:13
Azərbaycan millisinin sabiq güləşçisi Çamsulvara Çamsulvarayev İraqda öldürülüb. 

ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, İŞİD-in tərkibində "Al Bara” ləqəbi ilə döyüşən idmançı Mosul şəhərində Dağıstandan olan digər dindar, "Əbu Zeyd” kimi tanınan Məhəmməd Əhmədovla birgə qətlə yetirilib.

Belə ki, İŞİD-ə qoşulan Əhmədovun ölüm xəbəri sentyabrın 22-də öz qohumları tərəfindən yayılıb. O, pilotsuz qurğu ilə zərbədən sonra dünyasını dəyişib. Həmin vaxt "Əbu Zeyd”lə birgə avtomobildə daha 5 nəfər olub. Onlardan da biri "Al Bara” imiş. Çamsulvarayevin ölümünü Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Çamsulvaranın qohumları hələlik onun ölümü barədə məlumata malik deyillər.

Qeyd edək ki, Çamsulvarayev Azərbaycan millisinin heyətində 74 kq çəki dərəcəsində dünya çempionatının gümüş (2009), bürünc (2007) medallarını qazanıb. Həmçinin 2009-cü ildə Avropa çempionu tituluna yiyələnib. Çamsulvaranın aktivində qitə çempionatının 3 bürünc (2007, 2008, 2010) mükafatı da var. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol