• $
  • €
  • ₽
  • ₺
  • £

Zığda sürüşmə aktivləşdi - TƏHLÜKƏ

Zığda sürüşmə aktivləşdi - TƏHLÜKƏ
29.09.2016 12:35
Paytaxta davam edən intensiv yağışlardan sonra Zığ sürüşmə zonasında aktivlik müşahidə edilir.
 
Bu haqda Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) Geoloji planlaşdırma ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
 
Nazirlik rəsmisi deyib ki, hazırda ölkə ərazisində mövsümlə əlaqədar yağıntıların miqdarı artıb:
 
"Abşeron yarımadasında məlum sürüşmə sahələri mövcuddur. Bizim mütəxəssislər tərəfindən gündəlik olaraq monitorinqlər aparılır. Hazırda Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunur.
Masazır, Bayıl yamacı, Badamdardakı sürüşmə zonlarında ciddi dəyişmə, dinamikasında aktivlik yoxdur. Bir müddət əvvəl narahatlıq doğuran Avtovağzaldakı sürüşmənin qarşısı tam alınıb. Orada bərkitmə işləri aparılıb, istinad divarları tikilib, hazırda elə bir təhlükə hiss olunmur”.
 
A. Bildirib ki, yağışların intensivləşəcəyi təqdirdə Zığ ərazisində təhlükə yarana bilər:
 
"Zığda on illərdir sürüşmə sahəsi mövcuddur. Atmosfer çöküntüləri, texnogen proseslər, insan amili burda birbaşa rol oynayır. Ərazi həmçinin qırılma zonasında yerləşir. Ona görə də, Zığda hər zaman təhlükəni gözləmək olar. Amma bu gün orada nə isə baş verəcəyini söyləmək olmaz, amma aktivləşmə var”.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış  yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
 
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm təşkil edib.
 
Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm olub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol