• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə sistemi effektli olan ölkələr - Azərbaycan neçəncidir?

Səhiyyə sistemi effektli olan ölkələr - Azərbaycan neçəncidir?
29.09.2016 14:34
ABŞ-ın "Bloomberg” agentliyi dünya ölkələrində səhiyyə sistemlərinin effektlilik reytinqini hazırlayıb.
 
Modern.az agentliyə istinadən xəbər verir ki, əsas meyar olaraq ölkələrdəki orta ömür həddi və səhiyyə sisteminə ayrılan maliyyə məbləğinin Ümum Daxili Məhsul istehsalında olan payı əsas götürülüb.
 
55 ölkənin yer aldığı reytinqdə Azərbaycan səhiyyə sisteminin effektliliyinə görə 52-ci pillədə (30,9 xal) qərarlaşıb. "Bloomberg”in hesablamalarına görə Azərbaycanda orta ömür uzunluğu 70,76 il, səhiyyə xərcləri isə Ümum Daxili Məhsulun 6,04%-ni təşkil edib.
 
Qonşu ölkələrdən Türkiyə siyahıda 49,8 xalla 25-ci pillədə qərarlaşıb. Türkiyədə orta ömür 75,16 və səhiyyə ayrılan vəsait Ümum Daxili Məhsul istehsalının 5,41%-ini təşkil edir. Orta ömür uzunluğu 75,39 il olan və Ümum Daxili Məhsulunun 6,89%-ni səhiyyə sisteminə ayıran İran 47,6 xalla 30-cu pillədə, orta ömür uzunluğu 70,37 il olan və ÜDM-ün səhiyyə ayrılan payı 7,07% təşkil edən Rusiya isə 24,3 xalla reytinqin sonuncu 55-ci pilləsində yerləşib.
 
Səhiyyə sisteminin effektliliyinə görə ilk pillədə Honq Konq dayanır. Bu şəhərdə orta ömür 88,98, ÜDM-də səhiyyə xərclərinin payı isə 5,4% təşkil edir. Buna görə Honq Konq 88,9 xal alıb. Növbəti yerlərdə Sinqapur (orta ömür 82,65), İspaniya (83,8), Cənubi Koreya (82,16), Yaponiya (83,59), İtaliya (82,69), İsrail (82,15), Çili (81,5), Birləşmiş Ərəb Əmirlikləri (77,37) və Avstraliyadır (82,25).

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol