“Space” radiosunun yayımı nə vaxt bərpa olunacaq? - AÇIQLAMA

"Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.
Bu barədə APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, bu addım radionun borcu olduğuna görə atılıb.
Birlikdən bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: "Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur”.
Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, yayımın dayandırılması profilaktik tədbirlə bağlıdır və axşam saatlarında yayım bərpa olunacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























