Canavar kəndə hücum etdi - Azərbaycanda

Tovuz rayonunda fərdi təsərrüfat canavar hücumuna məruz qalıb.
ANN.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Mülkülü kəndində qeydə alınıb. Gecə saatlarında səs-küyə çıxan təsərrüfat sahibi Vahid Məmmədrzayev 15 xırdabuynuzlu heyvanın canavarlar tərəfindən parçalandığını görüb.
Parçalanmış heyvanlardan bir neçəsi həyətdə, digərləri isə yaxınlıqdakı əkin sahəsində aşkarlanıb.
Kənd sakinləri canavarların tez-tez kəndə hücum etdiyini bildiriblər. Bir neçə gün əvvəl yırtıcılar 2 at və 1 iribuynuzlu heyvanı da parçalayıblar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























