• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəngdən qoruyan, yaşlanmanın qarşısını alan qidalar - SİYAHI

Xərçəngdən qoruyan, yaşlanmanın qarşısını alan qidalar - SİYAHI
29.09.2016 22:31
Yaşından asılı olmayaraq, xərçəng hər kəs üçün qorxuludur. Antioksidantla zəngin qidalar isə həm xərçəngdən qoruyur, həm də erkən yaşlanmağın qarşısını alır. Həkimlər ən dəyərli antioksidantların A, E, C vitamini, flavonoidlər, koenzim Q10, likopen, selenium və sink olduğunu deyir.

ANN.Az lent.az-a istinadən bu antioksidantların hansı qidalarda olduğunu bilmək istəyirsinizsə, busiyahıya nəzər yetirin.  

Alfa tokoferollər (E vitamini)

Xüsusilə buğda, qarğıdalı, darı, düyü kimi taxıllarda çox olur. Günəbaxan, qarğıdalı, pambıq yağında, qoz, badam, yer fıstığı kimi quru çərəzlər və yaşıl tərəvəzlərdə rast gəlinir.

Askorbin turşusu (C Vitamini)

Sitrus meyvələri, pomidor, kartof və yaşıl yarpaqlı tərəvəzlərlə yanaşı, çiyələk, manqo kimi meyvələrdə var. Bu qidaları alan kimi yemək məsləhətdir.

Beta-karoten

Bədəndə yığılaraq A vitamininə çevrilən güclü bir antioksidantdır və xərçəng riskini azaldır. Kök, ispanaq və brokoli kimi tərəvəzlər, eləcə də ərik və şaftalı kimi meyvələrdə rast gəlinir.

Flavonoid

Alma, çiyələk, üzüm kimi meyvələrdə, şokoladda və çayda flavonoid olur.

Koenzim Q10

Xərçəngə və müəyyən nevroloji xəstəliklərə qarşı qoruyucudur. Heyvanın ciyər, ürək və böyrəyində və balıqda rast gəlinir.

Likopen

Bir çox meyvəyə qırmızı rəngi verən maddədir. Ürək-damar xəstəlikləri və xərçəngə qarşı müsbət təsirləri var. Pomidor, qarpız, qreypfrut, üzüm, cəfəri, quşqonmaz, pul bibər və qırmızı kələmdə var.

Selenium

Taxıllar, qaraciyər, kərə yağı, balıq, qırmızı ət və tərəvəzlərin tərkibində olur.

Sink

Sink ümumiyyətlə zülal ehtiva edən qidalarla əlaqəlidir. Ət, süd və süd məhsulları, kartof, qara düyü, fıstıq, hind qozu, balqabaq tumu, paxla və kəpəkli taxıllar sinklə zəngindir.

Ədviyyatları unutmayın

Bitki çaylarından kəklikotu, bibəriyə, adaçayı və antioksidant xüsusiyyəti yüksək olan yaşıl çay, nanə, zəncəfil, zərdəçal kimi ədviyyatlar əhəmiyyətlidir. Aparılan araşdırmalar sübut edib ki, qəhvə də antioksidant qaynağıdır. Sağlamlığı qorumaq üçün mövsümündə təzə meyvə və tərəvəz çox yeyilməli, sağlam qidalanma vərdişi olmalıdır.

Ürəyə, təzyiqə qarşı da faydalıdır

Antioksidant qidalar orqanizmi xərçənglə yanaşı, bir çox xəstəlikdən qoruyur. Ürək xəstəlikləri, yüksək təzyiq və damar tıxanıqlığına yaxşı təsir edir. Yaranın sağalması, dəri sağlamlığı, infeksiyalara qarşı immunitet sisteminin gücləndirilməsi, saç və dırnaq sağlamlığı, sümük və diş inkişafı baxımından da müsbət təsirləri var. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol