• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan nümunəvi məkan kimi tanınır" - ŞEYX

"Azərbaycan nümunəvi məkan kimi tanınır" - ŞEYX
30.09.2016 11:33
"Dini dəyərlərin qorunduğu Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yahudilər və digər etiqad sahiblərinin dinc və sülh şəraitində yaşaması uca yaradana xoş gedən məqamlardandır”.
 
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusundakı dəyirmi masada deyib.

 QMİ sədri bildirib ki, Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın dövlət səviyyəsində nümayiş etdirildiyi nümunəvi məkan kimi tanınır: "Azərbaycan sivilizasiyalar arasında mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Azərbaycanda din-dövlət münasibətlərinin əsasını xalqımızın ümumilli lideri Heydər Əliyev qoyub. Bu gün Azərbaycan dünyada qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycanda müxtəlif xalqların nümayəndələri birlikdə yaşayır. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili” elan olunması bir daha göstərdi ki, Azərbaycan tolerant ölkədir və bu ənənə tarixi səciyyə daşıyır”.
 
A. Paşazadənin sözlərinə görə, Azərbaycan dünyada multikultural ənənələri özündə birləşdirən və bu ənənələri yaşadan ölkə kimi tanınır:  "Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlər olsa da, burada insanlar hər zaman mehriban şəraitdə yaşayıblar, bu gün də yaşamaqdadır”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol