• $
  • €
  • ₽
  • ₺
  • £

"Sədərək"dəki yanğının səbəbi bilindi

"Sədərək"dəki yanğının səbəbi bilindi
30.09.2016 12:04
"Sədərək” ticarət mərkəzində baş vermiş yanğın hadisəsinin səbəbi məlum olub.

Ticarət mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın hadisəsi mərkəzin 9-cu sırasındakı mağazalardan birində elektrik çaydanında baş vermiş qısaqapanma nəticəsində baş verib: 

"9-cu sırada ayaqqabı dükanında elektrik çaydanı içərisində su olmadığı halda, elektrik cərəyanına qoşulub. Satıcı çaydana fikir verməyib və çaydan qızaraq qısaqapanma yaradıb, mağazada alışma baş verib. Mağazada olan sintetika malları alışandan sonra alovun qarşısını almaq mümkün olmayıb və yanğın güclənib”.

Məlumata görə, hadisə nəticəsində 4 dükan yanıb.

Qeyd olunub ki, ticarət mərkəzinin rəhbərliyi yanğın baş verən ərazinin təmizlənməsi və təmirinə başlayıb: 

"Hazırda təmir işləri davam etdirilir. Yanğından ziyan çəkən sahibkarlarla ticarət mərkəzinin rəhbərliyi görüşüb və onlara dəymiş ziyanın ödənilməsinə söz verilib. Ya mağazaları təmir etdirib dəymiş ziyanı ödəyəcəyik, ya da razılıq əsasında dəymiş ziyanın miqdarında mağazaların kirayəsinə görə güzəştlər olunacaq. Ümumilikdə 3 sahibkara 8 min manat ziyan dəydiyi müəyyənləşib”.

Xatırladaq ki, sentyabrın 24-də Bakı şəhəri, Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzində ümumi sahəsi 1200 m² olan 1 korpusun dam örtüyü 45 m², ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol