• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri: Dini ayinlər zamanı evlərdə toplaşmaq qanunvericiliklə yolverilməzdir

Komitə sədri: Dini ayinlər zamanı evlərdə toplaşmaq qanunvericiliklə yolverilməzdir
30.09.2016 13:10
"Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir”.
 
Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərlə artıq bu hallara yol verilmir.

M.Qurbanlı əlavə edib ki, bütün dini tədbirlər məscidin içərisində və əhatəsində olmalıdır: 

"O cümlədən müxtəlif dini atributları da nümayiş etdirmək olmaz. Bu yalnız məscidin daxilində olmalıdır. Əminəm ki, hamı bu qanuna əməl edəcək. Biz bu barədə geniş izahat işi aparmışıq. Şənbə günü bizim bölgə şöbə müdirlərinin iştirakı ilə müşavirə keçirəcəyik. Burada da yenə tapşırıqlar veriləcək. O cümlədən gələn həftə Şeyxülislam Allahşükür Paşazadə ilə birgə Lənkərana birgə səfərimiz olacaq. Biz orada bu məsələləri bir daha müzakirə edəcəyik”.

M.Qurbanlı qeyd edib ki, Məhərrəmlik ayının keçirilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası fətva verib: 

"Fətvada birmənalı göstərilib ki, bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir. Eyni zamanda, Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin tətbiq və təqdim etdiyi təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz.

Çünki ölkəmizdə QMİ-nin tərtib etdiyi təqvim məscidlərə aiddir. Məzhəbindən asılı olmayaraq, bütün məscidlər bu təqvimlərə əməl etməlidirlər. Komitənin yerlərdə olan şöbələri buna əməl edilməsi ilə əlaqədar monitorinqlər keçirəcəklər. Əgər hər hansı pozuntular olarsa, onunla əlaqədar müvafiq tədbirlər görüləcək”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol