• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəbdə qadınlar əlbəyaxa oldu - Direktordan açıqlama

Bakıda məktəbdə qadınlar əlbəyaxa oldu - Direktordan açıqlama
30.09.2016 15:27
Səbail rayonu, 51 saylı orta məktəbdə valideynlə məktəbin qadın nəzarətçisi arasında əlbəyaxa dava baş verib.

ANN.Az femida.az-a istinadən xəbər verir ki, dava nəticəsində hər iki qadın xəsarət alıb.

51 saylı orta məktəbin direktoru Lətafət Səmədova məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. Bildirib ki, baş verən dava ilə bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırma aparılır: "Məktəbin içərisində iki qaçqın məktəbi və bir idman məktəbi yerləşir. O hadisə bizim ikinci korpusda baş verib. Səhər-səhər Zəngilan 10 saylı məktəbinin birinci sinif şagirdinin anası Ağamaliyeva Ramilə uşağı dərsə gec gətirib və qapının ağzında dayanıb. Bu zaman həmin məktəbin riyaziyyat müəlliməsi Mətanət Məmmədova içəri keçmək istəyəndə bu xanım ona yol verməyib. Söhbətə qarışan nəzarətçi üzünü valideynə tutub deyib ki, "ay xanım o, məktəbin müəlliməsidir, sən onunla necə danışırsan? ” Nəzarətçinin bu sözlərindən qeyzlənən valideyn onun üstünə hücum çəkərək üz-gözünü cırıb”.

Direktor bildirib ki, hadisəni eşidən kimi həmin korpusa gedib, hadisəni aktlaşdırıb: "Nəzarətçi polisə gedib şikayət etmək istəyəndə görüb ki, valideyn də ordadadır, şikayət edir”. 

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib. Döyülən xanımlardan biri Ağamalıyeva Ramella hadisəni belə şərh edib: "Bu gün səhər qızımı məktəbə aparırdım. Qızım Ayan 51 saylı orta məktəbin binasında yerləşən 10 saylı Zəngilən məktəbində 1-ci sinfə gedir. Səhər dərsə gətirəndə məktəbin qapısında dayanan nəzarətçi qadın uşağı itələdi ki, tez keçsin. Həmin vaxt uşağın başı qapıya dəydi. Özü də qapı ilə divarın arasında sıxılıb qaldı. Bu, mənim acığıma gəldi.Qadına etiraz edəndə mənə hücum çəkdi. Bunu bütün valideynlər də gördü. Uşağım qorxudan ağlayırdı. Bir ana kimi buna necə dözərdim? Ona görə də əlbəyaxa davamız oldu. Hadisə ilə bağlı artıq polisə müraciət etmişəm. Özümə də xəsarətlər yetirib”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol