• $
  • €
  • ₽
  • ₺
  • £

Əflatun Amaşov saytlara pul ayırmağı təklif etdi

Əflatun Amaşov saytlara pul ayırmağı təklif etdi
30.09.2016 15:34
Milli Məclisin bu gün keçirilən iclasında elektron mediaya maliyyə dəstəyi göstərilməsi barədə təklif səslənib. Bu təşəbbüslə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Amaşovun sözlərinə görə, hökumət yazılı mətbuata dəstək verir və bu dəstəyini KİV-in İnkişafına Dpvlət Dəstəyi Fondu (KİVDF) vasitəsi ilə həyata keçirir: "Amma bu gün cəmiyyətimizdə internet, onlayn media sürətlə inkişaf edir. İnternet mediasının cəmiyyətdə rolunun artmasına baxmayaraq, bu media resursları maliyyə çətinlikləri ilə üzləşir. Bu baxımdan internet medianın statusunu müəyyənləşdirərək, maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır”.

Deputat sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə medianın reklam problemindən danışıb: "Bu gün ölkə mediasında reklamın azlığı mətbuatın çətin durumunu bir az da çətinləşdirir. Çünki medianın durumu reklamdan asılıdır.

Media özünü reklamla yaşatmalıdır. Ancaq bu sahədə problemlər var. Reklam məsələsində balans qorunmalıdır. Çünki hökumət mediaya uzun müddət maliyyə dəstəyi göstərə bilməz. Mediada reklam bazarı inkişaf etdirilməli və buna şərait yaradılmalıdır”. Ə. Amaşov "Diffamasiya haqqında” qanunun qəbulunu da təklif edib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol